Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl
reabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxil
olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt
Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə Trend-ə FHN-dən məlumat vüerilib.
Məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində
üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın
genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa
müddətdə söndürülüb.
<!—->
<!––>
“Yanğın nəticəsində ümumi sahəsi 540kv.m. olan tikilinin taxta
konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180
kv.m. sahədə yanıb. Tikilinin 1 və 2-ci mərtəbələri yanğından
mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb”, –
məlumatda qeyd edilib.