Bakı.Trend:
Ağ Ev rəhbəri Donald Trampın ABŞ Konqresində çıxışı zaman
demokratlardan olan konqresmen El Qrin onun çıxışına mane olmağa
çalışıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, insident ABŞ nümayəndələr palatasının saytında aparılan canlı
yayıma da düşüb.
<!—->
<!––>
Qrin Donald Trampın nitqlə çıxışı zamanı anidən müdaxilə edərək,
onun mandatının olmadığını ucadan söyləyib. Nümayəndələr
palatasının spikeri Mayk Conson nizam-intizama əməl olunmasını
xahiş etsə də, Qrin bu çağırışa məhəl qoymayıb və nəticədə zaldan
kənarlaşdırılıb.
Başqa Demokratlar da Trampın çıxışı zamanı ona mane olmağa
çalışıb, müxtəlif şüarlar səsləndirib.