Bakı. Günaydın:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon
mərkəzindən 50 kilometr aralıda, Yalama kəndində Novruz
çərşənbələrindən ikincisi – Od çərşənbəsi təntənə ilə qeyd
olunub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri,
qazilər və kənd sakinləri iştirak ediblər.
Bayram şənliyində Od çərşənbəsinin rəmzi olan tonqal qalanıb,
şeirlər, şən musiqilər səsləndirilib, rəngarəng rəqs nömrələri
bir-birini əvəz edib.
<!—->
<!––>
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tədbir
iştirakçılarını təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və
firəvan həyat arzulayıb.
Tədbirdə adət-ənənələrimizi əks etdirən milli atributlar və
əşyalardan ibarət sərgilər təşkil olunub. Bahar qızının özünə
məxsus bayram təbriki, Kosa və Keçəlin şən zarafatları, folklor
qrupunun çıxışları maraqla izlənilib. Qonaqlar bayram süfrəsi ilə
tanış olub, milli təamlardan və şirniyyatlardan dadıblar.
İştirakçılara Od çərşənbəsi haqqında ətraflı məlumat verilib və
bu çərşənbənin insanlar tərəfindən oda, günəşə olan inamdan irəli
gələrək illərdir qeyd edildiyi bildirilib.