Bakı. Günaydın:
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya
kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal
mərhələsinin görüşləri keçirilib.
Trend-in
məlumatına görə, Azərbaycan millisinin idmançısı Zidan Hümbətov (54
kiloqram) finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə
gəlib.
<!—->
<!––>
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu
xeyrinə bitirən Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27,
30:27) hesabı ilə məğlub edib. O, finalda Aldiyar Bahadurla
(Qazaxıstan) döyüşəcək.
Digər boksçularımızdan Banuçiçək Nəsirli (48 kiloqram), Özləm
Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) isə
turniri bürünc medalla başa vurublar.