Bakı. Günaydın:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında
fəaliyyət göstərən Britaniya Azərbaycanlıları Cəmiyyətinin (BAC)
rəhbəri Fəridə Pənahovanın təşəbbüsü ilə cəmiyyət adından ölkə
parlamentinin 650 nəfər üzvünə və Xarici İşlər Nazirliyinə Xocalı
soyqırımının 33-cü ildönümü ilə bağlı məktub ünvanlanıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.
Bildirilib ki, məktubda 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalıda baş vermiş soyqırımı haqqında ətraflı məlumat
verilib, beynəlxalq ictimaiyyətə və Britaniya Parlamentinə faciənin
tanınması və ədalətin bərqərar olması üçün çağırış edilib. Xocalı
faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə
düşdüyü vurğulanıb. Ermənistan silahlı qüvvələri tərəfindən
törədilmiş bu qətliam nəticəsində 613 günahsız insan, o cümlədən
106 qadın, 63 uşaq və 70 yaşlı amansızcasına qətlə yetirib, 1275
nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də naməlum olaraq
qalıb. Şahid ifadələri, beynəlxalq hesabatlar və müstəqil
araşdırmalar bu hadisənin insanlığa qarşı ağır cinayət olduğunu
təsdiqləyib. Bu çərçivədə Britaniya Azərbaycanlıları Cəmiyyəti
(BAC) beynəlxalq ictimaiyyətə, xüsusilə də Britaniya Parlamentinə
Xocalı soyqırımının tanınması, 26 fevral tarixinin Xocalını Anım
Günü elan olunması kimi çağırışları edilib.
Britaniya Azərbaycanlıları Cəmiyyətindən Xocalı faciəsinin
tanınması və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada daha
geniş təbliği istiqamətində fəaliyyətini bundan sonra da davam
etdirəcəyini bildirilib.