Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Heydərabad
qəsəbəsində Ermənistan Respublikası ilə sərhəddə açıq ərazidə
Ermənistan tərəfindən törədilmiş yanğının baş verməsi barədə
məlumat daxil olub.
FHN-dən Trend-ə
bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon
Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən
həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş
sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
<!—->
<!––>
Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq
ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.