Bakı. Günaydın:
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC313 turnirində
yüngül çəki dərəcəsində revanş döyüşüna çıxıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, döyüş ABŞ-nin Las Veqas şəhərində keçirilib.
32 yaşlı idmançı UFC 313 turnirində Amerika təmsilçisi Castin
Qetci ilə qarşılaşıb.
Üç raundun nəticələrinə əsasən R.Fiziyev məğlub olub.
xxx
06:00
<!—->
<!––>
Azərbaycanın ən tanınmış MMA ustalarından biri Rafael Fiziyev bu
gün karyerasının ən vacib döyüşlərindən birinə çıxacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, 33 yaşlı idmançı ABŞ-nin Las Veqas şəhərində keçirilən UFC313
turnirində yüngül çəki dərəcəsində gücünü sınayacaq. Onun rəqibi
amerikalı döyüşçü Castin Qeycidir.
Fiziyev UFC-də Qeycidən iki dəfə az döyüş keçirməsinə və
reytinqdə daha aşağı pillədə (11-ci yer) qərarlaşmasına baxmayaraq,
görüşün favoriti sayılır. Mütəxəssislər bunun səbəbini onun uzun
fasilədən sonra döyüşə yüksək motivasiya ilə çıxması və güclü
əl-ayaq zərbələrinə malik olması ilə izah edirlər.
Bu döyüş həm də revanş xarakteri daşıyır. “Ataman” ləqəbli
Fiziyev 2023-cü ildə Qeyciyə məğlub olub və uzun müddət dizindəki
zədə səbəbindən yarışlardan kənarda qalıb. İndi isə o, Las Veqasa
qələbə üçün gəlib.
Fiziyevin yer aldığı əsas kartın döyüşləri martın 9-da Bakı
vaxtı ilə saat 07:00-da başlayacaq.