Bakı. Günaydın:
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti
ərazidə-dövlət qoruqlarında, su hövzələrində qanunsuz balıq, quş
ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.
Bildirilib ki, Xaçmaz rayonunun Müqtədir qəsəbəsində aparılan
növbəti nəzarət-profilaktik tədbirlər zamanı Xəzər dənizində
qanunsuz balıq ovu ilə məşğul olan Elnur Xəlilov saxlanılıb. Ondan
qanunsuz ovladığı 32 ədəd balıq, ov qurğuları və qayıq
aşkarlanıb.
Araşdırmalar davam etdirilir.
<!—->
<!––>
Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki,
xüsusi mühafizə olunan ərazilərdə, o cümlədən Xəzər dənizində
yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi qəti
qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su
polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə
tutulur.
Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün
buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının
qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı
dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da
fasiləsiz mübarizə aparılır.
“Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir
qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis
İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng
edərək məlumat vermələri xahiş olunur”,- deyə məlumatda qeyd
edilib.