Bakı. Günaydın:
4 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında
telefon danışığı aparılıb.
Bu barədə Trend-ə XİN-nin mətbuat xidmətindən məlumat
verilib.
Telefon danışığı zamanı ölkələrimiz arasında strateji
tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də
çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və
beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər 2025-ci ildə siyasi, iqtisadi, ticarət, energetika,
turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf
edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda
əməkdaşlıq istiqamətləri, habelə Yaxın Şərqdə vəziyyət barədə fikir
mübadiləsi aparılıb.
Tərəflər müqəddəs Ramazan ayının başlaması münasibətilə
təbriklərini, ən səmimi arzu və diləklərini çatdırıblar.