Bakı. Günaydın:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən
vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və
şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq
tədbirlər görülür.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, martın 4-də Baş prokuror Kamran
Əliyev Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan,
Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd, Cəbrayıl rayonu və
digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək
əziz xatirəsini ehtiramla yad edib.
<!—->
<!––>
Qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret
cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə
məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları,
məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi,
habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd
olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra
orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran
Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların
müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə
görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə
çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən
“Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə
yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və
səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.