Bakı. Günaydın:
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi
ilə bağlı qərarını verib. Məşhur italiyalı mütəxəssis növbəti
mövsümdə də “Real Madrid”i çalışdırmağa davam etmək istəyir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə “Athletic” nəşri məlumat yayıb. Ançelottinin
gələcəyini, La Liqa və ya Çempionlar Liqasını qazandığı təqdirdə
təmin etməsi gözlənilir.
<!—->
<!––>
65 yaşlı mütəxəssisin “Real Madrid”lə mövcud müqaviləsi 2026-cı
ilin yayına qədər davam edir.
Əvvəlki xəbərlərə görə, “Real Madrid” klubunun Ançelottinin
potensial əvəzləyicisi kimi hazırda “Bayer Leverkuzen”ə rəhbərlik
edən Xabi Alonsonu nəzərdən keçirdiyi bildirilmişdi.