Bakı. Günaydın:
Nərimanov rayonu ərazisində yerləşən evlərin birində müvəqqəti
yaşayan şəxsin həmin ünvanda kirayəşin qalan 2 nəfərin mobil
telefonunu oğurlanması barədə polisə məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis
Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə
hadisəni törətmiş paytaxt sakini 23 yaşlı Fikrət Ramazanov
saxlanılıb.
<!—->
<!––>
Onun F.X.Xoyski küçəsində yerləşən elektronika və məişət
avadanlıqları satılan mağazalar şəbəkəsindən, eləcə də kirayədə
yaşadığı daha 3 evdən oğurluq etdiyi də müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.