Bakı. Günaydın:
Məhkum olunan şəxsə aid 21 kq narkotik aşkarlanıb.
Trend
xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin və Daxili İşlər
Nazirliyinin birgə məlumatında qeyd edilib.
<!—->
<!––>
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin
əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə
birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ablasanov
Seyran Tehran oğluna məxsus ümumi çəkisi 21 kiloqram 550 qram olan
qurudulmuş marixuana Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində bağlar
massivindəki yarımtikilidə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.