Bakı. Günaydın:
“Mançester Yunayted” braziliyalı yarımmüdafiəçi Kazemironun yay
transfer dönəmində 15 milyon funt sterlinqə satılmasına
razıdır.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, İngiltərə mətbuatında yayılan məlumata görə, klub 33 yaşlı
futbolçunu 20 milyon funt sterlinqdən aşağı qiymətə buraxmağa
hazırdır.
<!—->
<!––>
Kazemironun satışı “Mançester Yunayted”ə maliyyə itkilərindən
qaçmağa və Premyer Liqanın maliyyə qaydalarını pozmamağa kömək edə
bilər.
Qeyd edək ki, “qırmızı şeytanlar” 2022-ci ildə Kazemironu “Real
Madrid”dən 60 milyon funt sterlinqə transfer etmişdi.