Bakı. Günaydın:
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat
zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan,
əvvəllər də məhkum olunmuş 25 yaşlı Məhəmməd Əhmədli və 37 yaşlı
Naim Süleymanov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan 7 kiloqram marixuana, heroin,
metamfetamin və metadon həbləri aşkar olunub.
<!—->
<!––>
“Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını
bildiriblər. Onlar narkotikləri Bakı şəhərinə apararaq orada
deyiləcək yerə qoyandan sonra bu fəaliyyətlərinin müqabilində maddi
qazanc əldə edəcəkmişlər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər
iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib”, – məlumatda qeyd
edilib.