Bakı. Günaydın:
Türkiyə və Azərbaycan regionda sülh və əməkdaşlıq istəyir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün
“X” hesabında yazıb.
“Mən qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyədə
qəbul etməkdən çox məmnun oldum.
“Bir millət, iki dövlət” devizi ilə təcəssüm olunan qardaşlıq
münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik.
Ölkələrimiz arasında əlaqələr müdafiədən tutmuş ticarətə qədər
bir çox sahələrdə daim inkişaf edir”, – o bildirib.
Onun sözlərinə görə, bir çox layihələrlə taclandırdığımız enerji
sektoru bu əməkdaşlıqlar arasında ön sıralardadır.
“Türkiyə və Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın
tərəfindədir.
Biz yalnız regionumuzda sülh istəyirik, əməkdaşlıq istəyirik,
birlikdə inkişaf etmək istəyirik.
İnşallah bundan sonra regional sülhə, firavanlığa və
əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək
əzmindəyik”, – o bildirib.