Bakı. Günaydın:
Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yükdaşımalarına
təsir edir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bunu “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin
sədr müavini Tariyel Mirzəyev Bakıda keçirilən “Orta Dəhliz: Xəzər
dənizi vasitəsilə əlaqə” mövzulu dəyirmi masada bildirib.
“Son illər Xəzər dənizinin liman və kanallarında su dərinliyinin
azalması müşahidə olunur. Bu bərələrin tam gücü ilə işləməsinə
imkan vermir”,- deyə o bildirib.
<!—->
<!––>
Onun sözlərinə görə, su səviyyəsinin aşağı düşməsi ilə əlaqədar
Qazaxıstanın Kurık limanı ilə Bakı arasında “Ro-Pax” tipli
bərələrin ötürücülük qabiliyyəti aşağı düşüb.
O eyni zamanda, anoloji situasiyanın Türkmənbaşı limanında
yaşandığını, dərinliyin azalmasına görə Bakı-Türkmənbaşı marşrutu
üzrə “Ro-Pax” tipli bərələrin ötürücülük qabiliyyətinin azalmasına
gətirib çıxardığını diqqətə çatdırıb. Qeyd olunan istiqamətdə
dəmiryolu sisternlərinin daşınması 37 faiz, daşınan vaqonların sayı
isə 19 faiz azalıb.