Bakı. Günaydın:
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən mağazaların
birindən 500 manat pul və tütün məmulatının oğurlanması barədə
polisə məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər
də eyni əmələ görə məhkum olunmuş 35 yaşlı O.Nəbiyev müəyyən
edilərək saxlanılıb.
Araşdırma aparılır.