Bakı. Günaydın:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan
Respublikası Prezidentinin 31 Fərmanında ümumilikdə 99 dəyişiklik,
Nazırlər Kabinetinin 24 qərarında isə 80 dəyişikliyin edilməsi
barədə müvafiq layihələr hazırlanıb.
Trend-in
məlumatına görə, bu sözləri bu gün Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə
Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında Suların istifadəsinə
və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.
<!—->
<!––>
“Təqdim edilmiş paket layihələrdə təklif edilən dəyişikliklərin
bir hissəsi qüvvədə olan qanunverilcilik aktlarında ləğv edilmiş
qurumların adlarının yeni yaradılmış Agentliyin adına
uyğunlaşdırılması, digər hissəsi isə su ehtiyatları, su təsərrüfatı
və meliorasiya sahələrində idarəetmənin vahid qurum tərəfindən
aparıldığını nəzərə alaraq mövcud normativ hüquqi aktların
təkmilləşdirilməsi ilə bağlı olub.
Hazırlanmış normativ hüquqi akt layihələri Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar,
Maliyyə, İqtisadiyyat və Ədliyyə Nazirlikləri ilə razılaşdırılmış
və ötən ay Nazirlər Kabinetinə təqdim edilib”, – deyə o, əlavə
edib.