Bakı. Günaydın:
Avropa İttifaqı (Aİ) ölkələri qısa müddətə səyahət edənlər üçün
Giriş/Çıxış Sistemi (EES) adlı avtomatlaşdırılmış reyestrin tətbiqi
barədə razılığa gəlib.
Trend “Euronews”
telekanalına istinadən xəbər verir ki, Brüsseldə daxili işlər
nazirlərinin əldə etdiyi razılaşma sistemin payızda işə düşməsinə
yol açır.
Üzv dövlətlərə iki seçim verilir:
– Yeni sistemi dərhal tətbiq etmək
– Altı aylıq keçid dövrü ərzində mərhələli şəkildə işə salmaq
– Keçid dövrünün sonunda bütün sərhəd yoxlamaları EES çərçivəsində
həyata keçiriləcək.
<!—->
<!––>
EES-in əsas məqsədi:
– Aİ-nin xarici sərhədlərində yoxlamaların modernləşdirilməsi
– Pasportlardakı ənənəvi ştampların elektron sistemlə əvəz
edilməsi.
Sistem turizm, istirahət və iş məqsədi ilə Aİ-yə səfər edən və
180 gün ərzində 90 günə qədər qalan Aİ üzvü olmayan ölkələrin
vətəndaşlarına şamil ediləcək.
EES işə düşdükdən sonra ziyarətçilərdən pasportlarını təqdim
etmələri və üzlərinin fotoşəkli ilə barmaq izlərinin elektron
şəkildə skan edilməsi tələb olunacaq.