Bakı. Günaydın:
Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində
keçirilən Avropa Kubokuna 3 medalla başlayıblar.
Trend Cüdo
Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın
ilk günündə millimiz 1 gümüş və 2 bürünc medal qazanıb.
<!—->
<!––>
Qızların mübarizəsində 48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla
Ələkbərova isə bürünc medal əldə edib. Oğlanlar arasında 60 kq çəki
dərəcəsində Röyal Qayıbov bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirdə ümumilikdə 24 ölkədən 448 idmançı iştirak
edir.