Bakı. Günaydın:
Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa
çempionatına start verilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97
kiloqram çəki dərəcələrində finalçılar müəyyənləşib.
<!—->
<!––>
Azərbaycanın iki idmançısı – Kənan Heybətov (70 kq) və Fərid
Cabbarov (79 kq) qızıl medal uğrunda mübarizə aparacaq. Heybətov
finalda rusiyalı Maqomed Eltemirovla, Cabbarov isə Arsen Balayanla
qarşılaşacaq.
Bundan əlavə, təsəlliverici görüşlərdə Rəhman İmanov (57 kq)
Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla, Murad Haqverdiyev
(65 kq) isə ukraynalı Mikita Qonçarovla üz-üzə gələcək.