Bakı. Günaydın:
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, Beynəlxalq
Avtovağzalın qarşısında minik avtomobilinin sürücüsünün halı qəfil
pisləşib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat
xidməti məlumat yayıb.
<!—->
<!––>
Hadisə yerində xidmət aparan yol polisi əməkdaşları sürücüyə
dərhal zəruri yardım göstəriblər. Hazırda bu səbəbdən “Xırdalan”
dairəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə olunur.