Bakı. Günaydın:
Londonun ICE birjasında 2025-ci ilin may ayı üçün “Brent”
markalı neftin fyuçerslərinin qiyməti 2024-cü il sentyabrın 10-dan
sonra ilk dəfə bir barel üçün 69 dollardan aşağı enib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, birjanın məlumatına əsasən, Bakı vaxtı ilə saat 19:39-da
“Brent” markalı neftin qiyməti 2,91% ucuzlaşaraq 68,97 dollar
olub.
<!—->
<!––>
Saat 19:55-də isə “Brent” fyuçersləri 3,07% azalaraq 68,86
dollar səviyyəsinə düşüb.
Eyni zamanda, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti
3,63% enərək 65,78 dollar təşkil edib.