Bakı. Günaydın:
Martın 5-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən
bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.
Trend
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 195, o
cümlədən borclu şəxs qismində axtarışda olan 156 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
<!—->
<!––>
Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.