Bakı. Günaydın:
“Otdıx” restoranında nöqsanlar aşkarlanıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında
fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus
“Otdıx” restoranında AQTA əməkdaşları tərəfindən yoxlama
keçirilib.
<!—->
<!––>
“Baxış zamanı iaşə müəssisəsinin mətbəx hissəsində havalandırma
sisteminin mövcud olmadığı, sanitar-gigiyenik tələblərin pozulduğu,
məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi,
həmçinin istehlaka təqdim edilən heyvan mənşəli məhsulların (quş
əti və balıqlar) müvafiq icazə sənədlərinin olmadığı, çalışan
işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədiyi
müəyyən edilib. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr
götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib
edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir”- deyə məlumatda qeyd edilib.