Ankara. Trend:
İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha
əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan
ilə ortaq taleyimizin bir nişanəsi olacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan
qaz boru kəmərinin açılış mərasimində çıxışında səsləndirib.
Prezident Ərdoğan qeyd edib: “BOTAŞ tərəfindən inşa edilən 80
kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə
qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz
ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək.
Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin
edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış
oluruq”.