Bakı. Günaydın:
Xaçmaz Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman
sektorunun birgə təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və
İdman Günü” münasibətilə tədbir keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Zəfər
parkında təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon təşkilatının
sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının
rəhbərləri və idman içtimaiyyətinin nümayəndələri iştirak
ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 5
Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları və
məşqçiləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar
arzulayıb. Məlumat verilib ki, ötən bir il ərzində Xaçmazlı
idmançılar respublika və beynəlxalq yarışlarda 44 qızıl, 41 gümüş
və 65 bürünc medal qazanıblar.
<!—->
<!––>
Tədbir çərçivəsində iştirakçılar müxtəlif idman yarışlarında
qazanılan kubok və medalların sərgisi eləcədə “İdman uşaqların gözü
ilə” rəsm əsərləri ilə tanış olublar. Həmçinin müxtəlif idman
növləri üzrə , idmançıların nümunəvi çıxışlarına baxıblar.
Sonda “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə
idman sahəsində nailiyyət qazanan məşqçi müəllimlər Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən “Təşəkkürnamə” ilə
təltif edilib.