Bakı. Günaydın:
Beynəlxalq Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş “Yenə
gəldi yaz ayları” adlı aşıq musiqisindən ibarət konsert təqdim
olunub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, BMM-də aşıq musiqisindən ibarət
konsertlərin təqdim edilməsinin məqsədi şifahi ənənəli Azərbaycan
musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq
sənətinin təbliğidir.
Bayram konsertində Azərbaycan Milli Konservatoriyasının dosenti,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyevin rəhbərliyi ilə
“Aşıqlar” qrupu, “Qarabağ”, “Misri” aşıq qrupları və aşıq Qəlbinur
İbrahimli çıxış edib.
<!—->
<!––>
Aşıqlar məşhur dastanlardan nümunələr və aşıq havaları ifa
ediblər.
Qeyd edək ki, aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin
formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə
poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu
ildə Azərbaycan aşıq yaradıcılığı sənəti UNESKO-nun Qeyri-Maddi
Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az