Bakı. Günaydın:
Azərbaycan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada
keçirilən U-23 Avropa çempionatına 2 gümüş və 2 bürünc medalla
start veriblər.
Federasiyadan Trend-ə verilən məlumata görə, Rəhman İmanov (57 kq)
təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova
tam üstünlüklə (11:0) qalib gəlib.
Həmyerlimiz axşam seansında ukraynalı Vladislav Abramovu da
üstələyərək (8:6) bürünc medala sahib çıxıb.
<!—->
<!––>
Murad Haqverdiyev (65 kq) ukraynalı Mikita Qonçarovla gərgin
mübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb –
5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmada
moldovalı Fyodor Keavdari üzərində isə 9:6 hesablı qələbə
qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Kənan Heybətov (70 kq) finalda rusiyalı Maqomed Eltemirovla
qarşılaşıb. Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalib
gələn Kənan son qarşılaşmada istənilən güləşi nümayiş etdirə
bilməyib – 0:11. Beləliklə, Heybətov ardıcıl 2-ci dəfə analoji
yarışı gümüş medalla başa vurub.
Fərid Cabbarov (79 kq) da finalda Rusiya təmsilçisiylə üz-üzə
gəlib. 1:5 hesabıyla məğlub olan Fərid gümüş medalla
kifayətlənib.