Bakı. Günaydın:
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində (İZİA)
olan Ağdam Sənaye Parkının rezidenti “Mister Décor” MMC-nin SPC
dekor döşəmələrin istehsalı müəssisəsinin inşası yekunlaşmaq
üzrədir.
Bu barədə Trend-ə İZİA-nın mətbuat katibi Elçin Kazımov məlumat
verib.
O bildirib ki, artıq tikinti işlərinin 80%-dən artıq hissəsi
bitib və görülən işlərə 4 milyon manata yaxın investisiya
yatırılıb: “Ümumi investisiya dəyəri 6 milyon manat təşkil edəcək
müəssisənin bu il fəaliyyətə başlaması planlaşdırılır.
İllik istehsal gücü 1,5 milyon m² olan müəssisədə 70 nəfərin
daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə iş 2 növbəli
rejimdə təşkil olunacaq”.
<!—->
<!––>
“SPC döşəmələrinin hazırlanmasında xammal kimi karbonat-kalsium
və PVC məhlulunun qarışığından istifadə ediləcək ki, bu da oda,
nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur.
Hazırda ölkədə bu sözügedən məhsullara olan təlabat Çindən,
Rusiyadan və Hindistandan edilən idxal hesabına ödənilir.
Müəssisənin fəaliyyətə başlaması ilə bu məhsula plan təlabat
ödəniləcək”, – deyə qurumun sözçüsü vurğulayıb.
Qeyd edək ki, “Mister Décor” MMC hazırda Ağdam Sənaye Parkında
divar kağızlarının istehsalı ilə məşğuldur.