Bakı. Günaydın:
Martın 6-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən
bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.
Trend
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 125, o
cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
<!—->
<!––>
Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.