Bakı. Günaydın:
Ötən il vahid giriş sisteminin əhatə dairəsi və istifadəçi sayı
genişləndirilib. “digital.login” vahid giriş sisteminə 160-dan çox
informasiya sistemi qoşulub.
Bu barədə Trend
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən rəqəmsal
hökumətin inkişaf dinamikasını əks etdirən 2024-cü il
göstəricilərinə istinadən xəbər verir.
<!—->
<!––>
Bildirilib ki, sistemdə aylıq 7 milyondan çox əməliyyat icra
olunur. Əməliyyatların sayında 2020-ci illə müqayisədə 380%,
2021-ci illə müqayisədə 364%, 2022-ci illə müqayisədə 221%, 2023-cü
illə müqayisədə 143% artım müşahidə edilib. Son illərin artım
templərinə baxdıqda istifadəçi sayı 2020-ci illə müqayisədə 147%,
2021-ci illə müqayisədə 82%, 2022-ci illə müqayisədə 59%, 2023-cü
illə müqayisədə 32% artıb. Sistemdə hazırda 4 milyondan çox aktiv
istifadəçi var.