Bakı. Günaydın:
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
Bu barədə Trend-ə BDYPİ-dən məlumat verilib.
<!—->
<!––>
Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
məlumatına əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi
avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı)
elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar martın 6-dan
başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin
hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə
kənardankeçmə yolu ilə təşkil ediləcək.
“Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək
dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən
hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının
tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət
iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan
hərəkətlərdən çəkinməyi xahiş edir”, – məlumatda qeyd edilib.