Bakı. Günaydın:
Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qarşılıqlı
ehtiram və müxtəlif sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat və
energetika sahələrində əməkdaşlığa əsaslanan dərin tarixi və mədəni
kökləri var. Uzun illər ərzində möhkəmlənən bu əlaqələr bir sıra
vacib strateji layihələrin hesabına yeni səviyyəyə yüksəlib. Belə
layihələrdən biri də İğdır-Naxçıvan qaz kəməridir.
15 dekabar 2020-ci il tarixində Azərbaycanla Türkiyə arasında
qarşılıqlı Anlaşma haqda memorandumun imzalanması enerji sektorunda
ikitərəfli inkişaf baxımından vacib addım oldu. Tikintisi
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) və Türkiyənin BOTAŞ
şirkətinə həvalə olunmuş İğdır-Naxçıvan qaz kəməri Naxçıvan Muxtar
Respublikasının enerji müstəqilliyinin təmin olunmasına yönəlmiş
strateji bir layihədir. Buna qədər Naxçıvan Muxtar Respublikası
əsasən İrandan qaz əldə edirdi. Lakin yeni infrastruktur tədarük
mənbələrinin şaxələndirilməsinə şərait yaradacaq.
Türkiyənin TPAO şirkəti kommunikasiya xəttlərinin salınması və
lazımi hazırlıq işlərinin aparılması ilə məşğul olub. Bu işlər
2021-ci ilin iyun ayında yekunlaşıb və layihənin
gerçəkləşdirilməsində həlledici mərhələ olub. 25 sentyabr 2023-cü
ildə isə rəsmi təməlqoyma mərasimi keçirilib ki, həmin mərasimdə
hər iki dövlətin başçıları Azərbaycandan Prezident İlham Əliyev və
Türkiyədən Rəcəb Tayyip Ərdoğan iştirak edib.
Təməlqoyma mərasimindən sonra birgə mətbuat konfransında
Prezidenti İlham Əliyev Türkiyə ilə ikitərəfli münasibətlər
baxımından bu layihənin əhəmiyyətini vurğulayıb:
“İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq
münasibətlərimizin tarixində önəmli hadisədir və bizim
əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji
təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan öz növbəsində
Azərbaycanla münasibətlərdə Naxçıvanın strateji əhəmiyyətini
vurğulayıb və onun tarixən xüsusi rol oynamasını qeyd edib.
“Bugün Naxçıvan iqtisadiyyat, nəqliyyat və enerji nöqteyi
nəzərindən nəhəng potensiala sahibdir. Regional nəqliyyat
xəttlərinin yaradılması ilə biz bu potensialı tam olaraq
gerçəkləşdirmək imkanı əldə etmişik… İğdır-Naxçıvan qaz kəməri
bizim Azərbaycanla enerji sahəsində əməkdaşlığımızı
dərinləşdirəcək, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə
vasitəçilik edəcək”,- deyə o bildirib.
<!—->
<!––>
İşə salınması bugünə nəzərdə tutulan yeni qaz magistralı
Naxçıvanı Azərbaycanın öz qazı ilə təchiz olunmasını təmin edəcək
ki, bu da təkcə bölgənin üçüncü ölkələrdən asılılığını
azaltmayacaq, eyni zamanda Azərbaycanla Türkiyə arasında iqtisadi
əlaqələri möhkəmləndirmiş olacaq. Bu eyni zamanda ikitərəfli
münasibətlərdən tutmuş iri beynəlxalq enerji layihələri
çərçivəsində inteqrasiyanın genişləndirilməsinə kimi daha geniş
kontekstdə enerji əməkdaşlığının inkişafına vasitəçilik etmiş
olacaq.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5
kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5
kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru
kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz
ötürmək qabiliyyətinə malikdir. Bu tam olaraq Naxçıvanın təbii qaza
olan cari tələbini ödəyir, gələcəkdə isə qaz kəmərinin ötürücülük
qabiliyyətini iki dəfədən çox artırmaq mümkan olacaq ki, bu da
regionun inkişafı üçün əlavə imkanlar yaratmış olacaq.
İğdır-Naxçıvan qaz kəməri layihəsi 5 iyun 2023-cü ildə qəbul
edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına
dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet
layihələri sırasında yer alıb. Azərbaycan Prezidenti İlham Əliyevin
2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən İğdır-Naxçıvan qaz
boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait
ayrılıb.
Qaz kəmərinin tikintisi Azərbaycanın beynəlxalq enerji
sistemində öz mövqeyini möhkəmləndirməklə bağlı daha geniş
strategiyasının bir hissəsidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və
Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP kimi vacib ixrac
marşrutlarına əlavə olaraq, bu layihə regionun enerji stabilliyinə
dəstək olan infrastrukturun daha bir elementinə çevrilir.
Qaz kəmərinin istismara verilməsi təkcə muxtar respublikanın
enerji təhlükəsizliyini möhkəmləndirməyəcək, həm də onun
sosial-iqtisadi inkişafı üçün əlavə şərait yaradacaq. Daha etibarlı
enerji təchizatı yeni investisiya layihələrinin həyata
keçirilməsinə, biznesin cəlb olunmasına və əhalinin yaşayış
şəraitinin yaxşılaşdırılmasına imkan verəcək.
Beləliklə, İğdır-Naxçıvan qaz kəməri sadəcə bir infrastruktur
layihəsi deyil, Azərbaycan və Türkiyə arasında möhkəmlənən,
regionun uzunmüddətli inkişafı və sabitliyinə yönəlmiş
tərəfdaşlığın rəmzidir. Bu layihənin həyata keçirilməsi
istiqamətində hər iki ölkənin birgə səyləri təkcə enerji deyil, həm
də iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır, ümumilikdə
regionun sabitliyinə və rifahına töhfə verir.