Ankara. Trend:
İğdır-Naxçıvan qaz kəməri bizim enerji sahəsində əvvəlki
strateji təşəbbüslərimizi tamamlayacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında
açılışında çıxışında deyib.
“Bu gün biz ölkəmizə Naxçıvanın enerji təhlükəsizliyinə uzun
illər zəmanət verəcək bir layihə gətiririk. Biz bundan sonra
regional sülhə, firavanlığa və əmin-amanlığa yönəlmiş hər cür
layihələri birlikdə həyata keçirmək əzmindəyik”, – o bildirib.