Bakı. Günaydın:
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq
verilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Milli Hidrometeorologiya Xidməti martın 6-da bəzi bölgələrdə
gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
xəbərdarlıq verib.
<!—->
<!––>
Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Qax, Şəki, Zaqatala, Şamaxı,
Göyçay, Bərdə, Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Gədəbəy, Göygöl,
Qusar, Sabirabad, Neftçala, Hacıqabul, Qazax, Ağstafa, Tovuz,
Şəmkir, Gəncə, Samux, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Lerik,
Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq
küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daşkəsən, Qobustan, Goranboy, Naftalan, Mingəçevirdə isə qərb
küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti
20.8-28.4 m/san təşkil edəcək.