Bakı. Günaydın:
“Ştutqart”ın yarımmüdafiəçisi Anjelo Ştiller karyerasını
İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, Premyer Liqa klubu 23 yaşlı yarımmüdafiəçinin
performansını yaxından izləyir. Ştillerin sərbəstqalma məbləği 36,5
milyon avro təşkil edir və “Liverpul”un yayda futbolçu üçün rəsmi
təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, Anjelo Ştiller “Bavariya” akademiyasının
yetirməsidir və 2023-cü ilin yayından “Ştutqart”da çıxış edir. O,
bu mövsüm Bundesliqada 37 rəsmi matçda meydana çıxaraq 3 qol və 6
məhsuldar ötürmə ilə yadda qalıb.