Bakı. Günaydın:
Liviya Ali Məhkəməsinin Konstitusiya Palatası 1970-ci ildə qəbul
edilən və Liviya Cihad Fonduna işçilərin maaşından üç faiz vergi
tutulmasını nəzərdə tutan qanunu ləğv edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Liviyanın “əl-Əhrar” telekanalı məlumat yayıb.
<!—->
<!––>
Məhkəmənin qərarına əsasən, cihad vergisinin tutulması
dayandırılıb. Ləğv edilmiş qanuna görə, toplanan vəsaitlər islam
dünyasının müstəmləkəçi dövlətlərə qarşı cihadına dəstək üçün fonda
köçürülürdü.
Hazırda Liviyada faktiki olaraq iki hökumət fəaliyyət göstərir –
ölkənin şərqində parlament tərəfindən təsdiqlənən Nazirlər Kabineti
və Tripolidə yerləşən Milli Birlik Hökuməti.