Bakı. Günaydın:
“Mançester Yunayted” “Kristal Pelas”ın hücumçusu Jan-Filipp
Mateta ilə maraqlanır.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, tərəflər ilkin danışıqlara start veriblər.
<!—->
<!––>
27 yaşlı futbolçunun transfer qiyməti 40 milyon funt sterlinq
dəyərləndirilir. Matetanın “Kristal Pelas”la 2026-cı ilin yayına
kimi müqaviləsi var.
Qeyd edək ki, Jan-Filipp bu mövsümdə 33 oyunda 15 qol və 3
ötürmə ilə yadda qalıb.