Bakı. Günaydın:
Ötən ildə bütün dövlət qurumlarının Rəqəmsal Sənəd Dövriyyəsi
(RSD) altsisteminə inteqrasiyası təmin edilib. Hazırda 2200-dən çox
qurum bu sistemə qoşulub.
Bu barədə Trend
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən rəqəmsal
hökumətin inkişaf dinamikasını əks etdirən 2024-cü il
göstəricilərinə istinadən xəbər verir.
<!—->
<!––>
Bildirilib ki, sənəd mübadiləsi ayda 1 milyondan çox vərəqənin
istifadəsinə qənaət edilməsinə imkan yaradır ki, bu da illik
təxminən 2 min ağacın qorunması deməkdir: “Dövlət qurumları
arasında məlumat mübadiləsinin həcmi artıb.
“digital.bridge” – Milli Məlumat Mübadiləsi sistemi aparılan
əməliyyatların sayı ilə nəzərəçarpacaq dərəcədə yüksəliş göstərib.
2022-ci illə müqayisədə 120%, 2023-cü illə müqayisədə 51% artım
qeydə alınıb. Sistemə 150-dən çox informasiya sistemi, 70-dən çox
dövlət qurumu inteqrasiya olunub. Həyata keçirilən məlumat
mübadilələri il ərzində təxminən 10 mindən çox ağacın kəsilməsinin
qarşısını alır. Gündəlik 1,5 milyon məlumat tranzaksiyası həyata
keçirilir”.