Ankara. Trend:
Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni
zamanda, nəqliyyat layihələrinin reallaşdırılmasına da imkan
verdi.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin
videobağlantı formatında açılışında çıxışında deyib.
“Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars
dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz üçün,
həm də daha geniş coğrafiya üçün, xüsusilə Türk dünyasını
birləşdirmək üçün bu nəqliyyat xəttinin çox böyük mənası var, çox
böyük faydası var”, – deyə dövlətimizin başçısı əlavə edib.