Bakı. Günaydın:
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini,
əvvəllər də məhkum olunmuş Ramin Şıxəliyev saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, adıçəkilən şəxsdən
1 kiloqrama yaxın heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Şıxəliyev barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.
<!—->
<!––>
Bundan əlavə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil
verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində
bir nəfər rayon sakini tapdığı 1 ədəd avtomat, 1 ədəd daraq və 29
ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.