Bakı. Günaydın:
Sumqayıtda keçirilən stolüstü tennis üzrə respublika turnirinə
yekun vurulub.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat
xidməti məlumat verib.
Yarışda Sumqayıt idmançıları ilə yanaşı, Bakı, Şəki, Salyan,
Şirvan və Şabrandan olan 80-ə yaxın tennisçi iştirak edib. 2014-cü
il və ondan kiçik təvəllüdlü idmançıların mübarizə apardığı
turnirdə oğlanlar arasında Əliəkbər Mirzəliyev qalib olub. Cəfər
Almədədli ikinci, Həsrət Kamilov isə üçüncü yeri tutub.
<!—->
<!––>
Qızların yarışında isə Banu İmanverdizadə çempion adına layiq
görülüb. Nailə Nəzirova ikinci, Mehri Aslanzadə isə üçüncü yeri
tutub.
Turnirin sonunda fərqlənən idmançılara Azərbaycan Stolüstü
Tennis Federasiyasının hədiyyələri təqdim edilib.