Bakı. Günaydın:
ABŞ Prezidenti Donald Tramp, Vaşinqton meri Muriel Bouzerə
şəhərdəki evsizlər düşərgələrinin yığışdırılması barədə əmr
verib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım
edib.
“Biz Vaşinqton merini xəbərdar etmişik ki, şəhərdəki bütün
yararsız evsiz düşərgələri, xüsusən də Dövlət Departamentinin və Ağ
Evin yaxınlığında yerləşən düşərgələri yığışdırmalıdır.”
<!—->
<!––>
Tramp əlavə edib ki, əgər mer Bouzer bunu edə bilməsə, federal
hökumət müdaxilə etməyə məcbur olacaq.
“Vaşinqton təmiz və təhlükəsiz olmalıdır! Biz böyük
paytaxtımızla yenidən fəxr etmək istəyirik. Mer Bouzer, ölkəmiz
vətəndaşları adından göstərdiyiniz səylərə görə təşəkkür edirəm.
Ümid edirik ki, uğur qazanacaqsınız.” – deyə Tramp vurğulayıb.