Bakı. Günaydın:
ABŞ vətəndaşlarının Britaniya vətəndaşlığı üçün müraciətlərində
rekord artım qeydə alınıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
<!—->
<!––>
Keçən il ABŞ vətəndaşlarından gələn müraciətlərin sayı 2024-cü
ilin son rübündə, ABŞ seçkiləri zamanı kəskin artaraq 6100-ə çatıb.
Bu, son 20 ilin ən yüksək göstəricisidir.
Amerikalıların Britaniya vətəndaşlığına marağının artmasının
əsas səbəbləri kimi ABŞ-dakı siyasi qeyri-sabitlik və Britaniyanın
vergi qanunlarına edilən dəyişikliklər göstərilir.