Bakı. Günaydın:
Yaponiyanın Ayçi prefekturasında Toyota avtomobil şirkəti üçün
komponentlər istehsal edən zavodda partlayış baş verib.
Trend NHK ictimai
televiziyasına istinadən xəbər verir ki, hadisə nəticəsində azı üç
nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
<!—->
<!––>
İlkin məlumatlara görə, partlayışa sənaye tipli
toztoplayıcılardan birinin sıradan çıxması səbəb olub. Hadisə
yerində xilasetmə xidmətləri işləyir.