Bakı. Günaydın:
Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) vətəndaşlarının
istifadə olunmamış əmanətlərindən ibarət 10 trilyon avroluq
vəsaitin Avropanın militarizasiyası və hərbi-sənaye kompleksinə
dəstək üçün səfərbər edilməsi yollarını araşdırır.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə AK-nın Mətbuat Xidmətinin maliyyə xidmətləri və
investisiyalar üzrə komissarı Mariya Luiş Albukerke açıqlama
verib.
<!—->
<!––>
“Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən
açıqlanan Avropanın yenidən silahlanması planı böyük ölçüdə özəl
investisiyaların cəlb edilməsinə əsaslanacaq”, – Albukerke qeyd
edib.
Onun sözlərinə görə, Avropanın əsas problemi istifadə edilməyən
əmanətlərlə maliyyə vəsaitinə ehtiyacı olan müəssisələr arasında
mövcud uçurumdur. Buna görə də, AK “İnvestisiya və Əmanət İttifaqı”
adlı yeni proqram çərçivəsində vətəndaşların şəxsi vəsaitlərini Aİ
sənayesinə, xüsusilə hərbi sektora yönəltmək üçün yeni sxem
yaratmağı planlaşdırır.