Bakı. Günaydın:
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun
bağlanış mərasimi olub.
Trend-in
məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə
yarışın son günündə qalib olan idmançılara medallar təqdim
edilib.
Azərbaycan turniri bir qızıl medalla başa vurub. Komandamızın
heyətində ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.
Mükafatları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri
və digər rəsmi şəxslər təqdim ediblər.
Son gündə qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə,
kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə birinci olmaq
üçün mübarizə aparıblar.
<!—->
<!––>
Dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan
Tixonov isə səkkizinci yeri tutublar.
Ötən gün Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.
Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını
toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim
olunub.
Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.