Bakı. Günaydın:
Baş prokuror Kamran Əliyev paytaxtın Suraxanı rayonunda
vətəndaşları qəbul edəcək.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
<!—->
<!––>
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığı və
tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının
qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin
artırılması məqsədilə Baş prokuror Kamran Əliyev martın 11-də saat
10:00-da Suraxanı rayon prokurorluğunun inzibati binasında rayonun
hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və
materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə
aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan
vətəndaşların qəbulunu keçirəcək.
Bildirilib ki, vətəndaşlar qəbulla bağlı Suraxanı rayon
prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş
Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin
(012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012)
361-02-44 nömrəli telefonları, [email protected] elektron
poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri
(İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla
bilərlər.